2019-cu il martın 1-də Beynəlxalq Mülki Müdafiə Günü ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar keçirdi. Seminarda Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Dr. Rövşən Abbasov “Azərbaycanlı uşaqlar üçün iqlimin, landşaftın və ətraf mühitin təhlili” mövzusunda məruzə etdi. Seminarda beynəlxalq təşkilatların, müxtəlif nazirliklərin və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirdilər. Daha sonra məruzə ətrafında müzakirələr oldu, müvafiq tövsiyələr dövlət orqanlarına və ali təhsil müəssisələrinə təqdim edildi.