2019-cu il fevralın 28-də Xəzər Universitetinin Karyera Mərkəzinin təşəbbüsü ilə “Karyeraya aparan yol” adlı təlim keçirildi. Təlimin məruzəçisi “Nikoil” Bankın kadrlar şöbəsinin sədrinin müşaviri Arzu Əliyeva idi. O, öz təlimində tələbələrlə interaktiv müzakirələr apararaq, onlara 20 ildən artıq peşəkar təcrübəsindən nümunələr gətirdi. Təlim 3 hissədən ibarət idi. Birinci hissə CV-lərin hazırlanması zamanı buraxılan səhvlərlə bağlı idi. Təlimin ikinci hissəsində müsahibə zamanı diqqət edilməli məsələlərə toxunuldu. Üçüncü hissədə isə işə qəbul olduqdan sonra qarşılaşılan məqamlar və davranış qaydaları müzakirə edildi.
Təlim zamanı, eləcə də, təlimin sonunda tələbələr tərəfindən səsləndirilən suallara cavab verildi.