2019-cu il martın 15-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli və şair-yazar İmdat Avşar Kahramanmaraş Sütçü İmam Universitetində oldular. Universitetin rektoru professor Niyazi Can qonaqları səmimi qarşılayaraq, yenidən görüşməsindən məmnun olduğunu bildirdi. N.Can Xəzər Universiteti ilə əlaqələrin bundan sonra da davam etdirilməsinin, təbəbə-müəllim mübadilə proqramlarının həyata keçirilməsinin vacibliyini vurğuladı. Hər iki universitetin rəhbərləri daha dörd il bundan sonra rəsmi mübadiləni həyata keçirtmək üçün müqavilələri imzaladılar. Hamlet İsaxanlı Xəzər Universitetinin hədiyyələrini Niyazi Cana təqdim etdi. Sonra Sütçü İmam Universitetinin rektoru professor Niyazi Can Hamlet İsaxanlıya və Əlövsət Əmirbəyliyə hədiyyələr təqdim etdi.