2016-cı il fevralın 27-də Beynəlxalq Əlaqələr Şöbəsinin işçi və könüllüləri cari tədris ilinin (2015/2016) yaz semestrində Xəzər Universitetinə qoşulmuş əcnəbi tələbələr üçün oriyentasiya sessiyası keçirdilər. Sessiya universitetin “Neftçilər” kampusunda baş tutdu.
Oriyentasiya sessiyasının əsas məqsədi tələbələri universitet mühiti, Azərbaycan və Bakıda rahat hərəkət edə bilmələri üçün vacib məlumatlarla təmin etmək, həmçinin, onları digər əcnəbi tələbələrlə görüşdürmək idi. Sessiya zamanı iştirakçılara Xəzər Universitetində akademik və sosial həyat, Azərbaycan tarixi, yerli mədəniyyət və adətlər, nəqliyyat sistemi, Bakıda keçirilən illik tədbirlər və bir çox başqa mövzularla bağlı informasiya verildi.
İştirakçılar Kamerun, Qambiya, Fələstin, Yəmən, Zimbabvedən olan yeni əyani tələbələr, həmçinin, İtaliya, Polşa və Portuqaliyadan olan mübadilə tələbələrindən ibarət idi. Hazırkı əcnəbi tələbələr də sessiyada iştirak edirdilər. Onlar Azərbaycana bu yaxınlarda gəlmiş və tədris proqramlarına yenicə başlamış digər əcnəbi öz təcrübələrini tələbələrlə bölüşdülər.