2017-ci ilin oktyabrın 31-də Xəzər Universitetinin layihə koordinatoru və Əlilliyi olan Tələbələr üçün Mərkəzin koordinatoru Rima Məmmədova tərəfindən Mühəndislik və tətbiqi elmlər fakültəsinin tələbələri üçün məlumatlandırıcı seminar keçirildi. Seminar zamanı tələbələrə Xəzər Universitetinin tərəfdaş kimi iştirak etdiyi Erasmus+ “Advocacy Establishment for Students through Ombudsman Position” (AESOP) layihəsi, layihə çərçivəsində görülmüş və planlaşdırılmış fəaliyyətlər haqqında məlumat verildi.
Seminar zamanı həmçinin Xəzər Universitetində fəaliyyət göstərən Əlilliyi olan Tələbələr üçün Mərkəz haqqında geniş təqdimat olundu və Mərkəzin təklif etdiyi xidmətlər haqqında da tələbələrə məlumat verildi.