Xəzər Universiteti Tarix və Arxeologiya kafedrasının müəllimi Araz Aslanlı iki beynəlxalq elmi tədbirdə məruzə ilə çıxış etmişdir.
Araz Aslanlı əvvəlcə 2017-ci il oktyabrın 23-ü və 24-də Türkiyə Respublikasının Bursa şəhərindəki Uludağ Universitetinin təşkil etdiyi “Dünya siyasətində böhranlar və dəyişikliklər” adlı beynəlxalq konqresdə “Suriya böhranı və Cənubi Qafqaz” adlı məruzə ilə, oktyabrın 26-dan 28-dək Kocaeli Büyükşehir Bələdiyyəsi ilə Kocaeli Universitetinin birgə təşkil etdiyi “15 İyul və dövlət çevrilişləri” adlı beynəlxalq elmi simpoziumda isə “15 iyul dövlət çevrilişi təşəbbüsü və Azərbaycan” adlı məruzə ilə çıxış etmişdir.