2017-ci il oktyabrın 27-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Fransanın Azərbaycandakı səfiri xanım Oreliya Buşez (Madam Aurelia Bouchez) tərəfindən təşkil olunmuş şam yeməyində iştirak etdi. Görüşdə ali təhsilin keyfiyyəti, təhsil ocaqları və sənaye-iş dünyası əlaqələri, Fransa-Azərbaycan təhsil əməkdaşlığı, ixtisas təhsili və liberal təhsil arasında tarazlıq kimi məsələlər müzakirə olundu. Hamlet İsaxanlı bu məsələlər barədə danışdı və fikir mübadiləsində iştirak etdi.