2017-ci il oktyabrın 27-də Bakı Mühəndislik Universitetində görkəmli pedaqoq Əjdər Ağayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli çıxış edərək, Xəzər Universiteti və “Dünya” məktəbi kollektivi adından yubilyara ünvanlanan təbrik məktubunu oxudu, ona gül dəstəsi təqdim etdi.