2017-ci il oktyabrın 25-də Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzinin “Çin guşəsi” layihəsinin yeni planlarının müzakirəsi keçirildi. Qarşıdakı aylarda Çin mədəniyyətinin və tarixinin təbliği ilə bağlı tədbirlərin keçirilməsi planlaşdırıldı. Müzakirədə Çin dili müəllimi Li Ya, Xəzər Universitetinin Layihə koordinatoru Rima Məmmədova, Kitabxana-İnformasiya Mərkəzinin direktor müavini Aytac Misgərli və Kataloqlaşdırma bölməsinin müdiri Samirə Orucova iştirak edirdilər.