2017-ci il oktyabrın 20-də Xəzər Universiteti Tələbə Məclisi 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş universitetdaxili ənənəvi Bilik yarışmasını keçirdi. 16 komandanın mübarizə apardığı yarışma 3 turdan ibarət idi və “Nə? Harda? Nə zaman?” konsepsiyasında oynanıldı. Hər komanda 4 nəfərdən ibarət idi.
Tədbiri giriş sözü ilə Xəzər Universitetinin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı açaraq, tədbir iştirakçılarını Azərbaycanın Dövlət Müstəqilliyi Gününü münasibətilə təbrik etdi, yarış iştirakçılarına uğurlar arzuladı.
Tədbirdə universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Jurnalistika departamentinin koordinatoru Cabir Məmmədli də iştirak edirdilər.
Yarışın nəticələrinə əsasən ilk üç yeri tutan komandalar pul mükafatları (1-ci yer 150 manat, 2-ci yer 100 manat və 3-cü yer 50 manat) və diplomlarla mükafatlandırıldılar. İlk üç yeri “Handsome Guys” (1-ci yer), “Bravoos” (2-ci yer), “The Gang” (3-cü yer) komandaları tutdular.