2017-cı il mayın 25-də Leykemiya ilə Mübarizə İctimai Birliyi ilə birlikdə Xəzər Univesitetində “Cahangirə dəstək olaq” adlı xeyriyyə konserti keçirildi. Konsertdə universitetin tələbələri öz dəstəklərini göstərərək müxtəlif alətlərdə mahnılar ifa etdilər. Bununla yanaşı, Leykemiya ilə Mübarizə İctimai Birliyinin könüllülərdən ibarət musiqi qrupu da çıxış etdi.