2017-cı il mayın 25-də Xəzər Universiteti Karyera Mərkəzinin təşkilatçılığı və Baker Tilly Azərbaycan şirkətinin sponsorluğu ilə Karyera Sərgisi keçirildi. Sərgi saat 11:00-dan 13:00-a kimi davam etdi.
Sərgidə Azərbaycan Marketinq Cəmiyyəti (Azerbaijan Marketing Society), Coca-Cola Bottlers Azərbaycan, Azərsun Holdinq, BTB Bank, “Barattson” Biznes və Maliyyə Məktəbi, Employ LLC, Express Bank, Facility Management Group, GR8 Club, KPMG-Azərbaycan, Melissa Group, MET-AK LLC, PMD Group, PricewaterhouseCoopers və Veyseloğlu şirkətləri iştirak edirdilər.
Sərgidə Xəzər Universitetin tələbə və məzunları ilə yanaşı, digər universitetlərin tələbə və məzunları da iştirak etdilər. İştirakçılar şirkətlərin verdiyi anket formalarını doldurur və öz CV-lərini təqdim etdilər.