2017-ci il mayın 22-də Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamentinin tələbələri üçün “İş axtarmaq qaydaları” mövzusunda təlim keçirildi. Təlim Xəzər Universitetinin müəllimi və İnformasiya Sistemləri Şöbəsinin əməkdaşı Rəşad Xalıqov tərəfindən aparıldı. İş təcrübəsi olmayan tələbələrə bu yolda yardımçı olmaq üçün yaratdığı stajer.az/ platformasından danışan Rəşad Xalıqov, daha sonra işə müraciət zamanı tələbələrin riayət etməli olduqları qaydaları izah etdi.
Qeyd edək ki, sözügedən təlim Siyasi elm və beynəlxalq münasibətlər departamenti tərəfindən təşkil olunan 10 həftəlik Məşğulluq və İşgüzar Bacarıqlar Proqramı çərçivəsində baş tutdu.