2017-ci il mayın 19-dan 21-dək Xəzər Universitetinin Dillər və mədəniyyətlər departmentinin müəllimi dosent Elnurə Əzizova İstanbulda 29 Mayıs Universitetində keçirilən “Osmanlı İstanbulu – V Beynəlxalq simpoziumu”nda iştirak etdi. Elnurə Əzizova simpoziumda “Konstantinopolisin işğalından İstanbulun fəthinə: Milli-dini kimlik zəminində sovet və post-sovet Rusiya və Azərbaycan tarixçiliyində İstanbulun fəthinə baxışdakı dəyişiklik” adlı məruzə ilə çıxış etdi.