Khazar Journal of Humanities and Social Sciences / “Xəzər Humanitar və Sosial Elmlər Jurnalı” Azərbaycanda Humanitar və Sosial Elmlər sahəsində Thomson Reuters’Web of Science elmi platformasına daxil olan yeganə jurnaldır. Jurnal humanitar və sosial elmlər sahəsində ciddi elmi axtarışların, orijinal və aktual məqalələrin nəşrinə üstünlük verir. Eyni zamanda jurnalda konfrans, simpozium materialları, kitab şərhlərinə də yer verilir. Əsas məqsəd elmdə baş verən yenilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq, yerli və xarici alimlər arasında elmi ünsiyyət qurmaqdır.
Jurnalın redaksiya heyətinə müvafiq sahələr üzrə dünyada nüfuzu olan alimlər daxildir.Təqdim olunan məqalələr ilk növbədə redaksiya heyətinin ciddi nəzarətindən keçirilir və ən az iki rəyə göndərilir. Jurnalın redaksiya heyətinə təqdim olunan bütün elmi məqalələr xarici mütəxəssislərdən ibarət “anonim rəyçi qrupları” tərəfindən qiymətləndirilir. Jurnalın həm kağız, həm də elektron nəşr versiyaları vardır
Məlumat üçün bildirik ki, Khazar Journal of Humanities and Social Sciences / “Xəzər Humanitar və Sosial Elmlər Jurnalı” 2017-ci ildən etibarən yenidən iki formada – həm elektron, həm də kağız çap formatında çıxır. Qeyd etmək lazımdır ki, bu ildən etibarən jurnalın formatında və üz qabığında da bir sıra dəyişikliklər olmuşdur. Jurnal haqqında əlavə məlumatı və qaydaları jurnalın rəsmi saytından əldə edə bilərsiniz (www.jhss-khazar.org).
Khazar Journal of Humanities and Social Sciences / “Xəzər Humanitar və Sosial Elmlər Jurnalı”nın ayrıca elektron, ayrıca çap formatına və eləcə də, hər ikisinə istənilən sayda, o cümlədən ayrı-ayrı abunə yazılmaq mümkündür.
Abunə yazılmaq barədə əlavə məlumatı submissions@khazar.org elektron ünvanına yazmaqla əldə etmək olar.