2017-ci il mayın 16-dan 19-dək Xəzər Universitetinin əməkdaşları – Biologiya departamentinin rəhbəri, Dr. İradə Xəlilova və İnkişaf Mərkəzinin direktoru Raziyə Isayeva Naxçıvan Dövlət Universitetində keçirilən Nizami Erasmus+ Kadr Potensialının İnkişafı layihəsi ilə bağlı görüşdə iştirak etdilər. Görüş 2-dən 9-a qədər iş paketlərinin müzakirəsinə həsr olundu. Üç gün yarım davam edən müzakirələr çox intensiv və səmərəli keçdi. Doktorluq təhsilində yüksək standartlar, dissertasiya müdafiəsi, milli iradəetmə portali, profesional bacarıqların inkişafı, əlaqə və keyfiyyət planı haqqında olan təqdimatlar hərtərəfli müzakirə olundu. İş paketləri ilə bağlı məsul universitetlər işin maddi tərəfini təqdim etdilər və bu, uzun müzakirəyə səbəb oldu.
Azərbaycanda Milli Erasmus+ ofisinin rəhbəri cənab Pərviz Bağırov və onun köməkçisi Aygün Rüstəmli də görüşün ilk iki günündə iştirak etdilər və layihənin ilkin qiymətləndirilməsini etdilər. Layihənin sonrakı inkişafı üçün hər bir iştirakçıya ev tapşırıqları paylandı və bunlar Çexiya Respublikasının Masaryk Universitetində olacaq növbəti görüşə hazır olmalı və təqdim edilməlidir.