2017-ci il mayın 22-də KPMG-Azərbaycan şirkəti Xəzər Universiteti “Neftçilər” korpusunda Karyera Günü keçirdi.
Karyera Günündə maliyyə, mühasibat uçotu və audit, biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alan sonuncu kurs tələbələri KPMG-Azərbaycanın audit və vergi departamentlərindəki vakansiyalar üçün onlayn rəqəmsal və məntiq testində iştirak etdilər.
Seçim prosesinin ilk mərhələsi olan testin nəticələri yerindəcə açıqlandı. Testdən uğurla keçən dörd tələbə növbəti müsahibə mərhələsinə dəvət olundu.