2017-ci il mayın 17-də Xəzər Universitetinin Təhsil departamentinə aid sinfin idarə olunması dərsinin tələbələri Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda ekskursiyada oldular. TİPİİ-nun direktoru Vəfa Yaqublu və direktor müavini Nəzakət Mehdiyeva tələbələrlə həmsöhbət olaraq, onlara institutun tarixindən, funksiyasından və layihələrindən danışdı. İnstitutun rəhbərliyi bu ekskursiyanı yüksək qiymətləndirdiklərini və bunu Xəzər Universiteti ilə TİPİİ arasında əlaqələrin başlanğıcı olaraq gördüklərini ifadə etdilər. Azərbaycan təhsil sistemində müasir tendensiyalardan bəhs edən Vəfa Yaqublu tələbələrə maraqlı məlumatlar verərək, onları layihələrinə qoşulmağa dəvət etdi.
Sonda tələbələr də təəssüratlarını bölüşdülər.