2017-ci il mayın 17-də Xəzər Universitəsinin “Mərmər” zalında Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru İlahə Qurbanovanın “ Dialektologiyaya giriş” fənni üzrə açıq dərs proqramına daxil olan “Dialektika festivalı” keçirildi. Festivalda Şərq, Şimal, Qərb, Cənub, eləcə də, keçid dialekt qrupu olan Lənkəran qrupu təmsil olunurdu. Müəllim İ.Qurbanovanın giriş sözündən sonra hər qrupu təmsil edən tələbələr Azərbaycan dili dialekt və şivələrinin xüsusiyyətlərini əks etdirən məruzə və çıxışlar etdilər, səhnəciklər və video materiallar göstərdilər, hər dialekt qrupuna məxsus adərtləri və kulinariya nümunələrini nümayiş etdirdilər. H.Bəşirovanın aparıcılığı ilə çox maraqlı keçən tədbirdə Şərq qrupu dialektlərini M.Hüseynova, F.İsgəndərova, S.Mahmudzadə, S.Əliyeva, Ü.Abışova, A.Qədirova, Lənkəran qrupunu T.İbrahimova, Şimal qrupunu M.Məmmədova, F.Qaziyeva, N.Babazadə, Qərb qrupunu H.Bəşirli, N.Möhübbətli, G.Həsənova, N.Məstəliyeva, A.Ömərova, Z.Əliyeva, Cənub qrupunu C.Məmmədov, M.İmanlı, Ü.Cəlalova, G.Düyamalıyeva təmsil edirdilər.
Tədbirin sonunda Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, bir neçə maraqlı təklif verdi və tədbirin təşkilatçılarına təşəkkür etdi.