2017-ci il mayın 16-da Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin magistratura proqramlarının tanıtımına dair Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrlə görüş keçirildi. Görüşdə Xəzər Universitetinin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov və İqtisadiyyat və menecment departamentinin professoru İnqilab Əhmədov iştirak etdilər. Görüş zamanı Xəzər Universitetinin magistratura proqramları haqqında ətraflı məlumat verildi, proqramların fərqliliyi və üstünlüklərindən, həmçinin, son illərdə universitetin əldə etdiyi nailiyyətlərdən geniş danışıldı.
Sonda tələbələrin sualları cavablandırıldı.