2017-ci il mayın 11-də Türkiyənin Ordu Universiteti və EAB (Eğitim Araştırmaları Birliği) tərəfindən təşkil edilən 9-cu Beynəlxalq Təhsil Tədqiqatları konfransında Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova “Azərbaycan universitet tələbələrinin internet asılılığı və psixoloji simptomları arasında əlaqə” adlı tədqiqat işi ilə çıxış etdi. Tədqiqat işində universitet tələbələri arasında keçirilmiş və internet asılılığı ilə müxtəlif alt şkalalar (somatizasiya, obsesiya, depresiya, anksiyetə, fobiya, paranoya, psixotizm, şəxsiyyətlərarası kimi) arasında əlaqə araşdırılmışdır. Məruzə böyük maraq doğurdu və mədəniyyətlərarası tədqiqatların aparılması ilə əlaqədar təkliflər verildi.
Sonda məruzəçi Mələk Kərimovaya sertifikat və məruzələrin çap edildiyi kitab verildi.
Qeyd edək ki, mayın 11-dən 14-dək Türkiyənin Ordu şəhərində Ordu Universiteti və EAB (Eğitim Araştırmaları Birliği) tərəfindən təşkil edilən 9-cu Beynəlxalq Təhsil Tədqiqatları konfransında 12 ölkədən 1254 tədqiqatçı iştirak edirdi.