2017-ci il mayın 13-də Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova Türkiyənin Çanakkale şəhərində Rating Academia və Kəpəz Bələdiyyəsi tərəfindən Beynəlxalq “Elm, Mədəniyyət və Gözəli Axtarış” adlı konfransda “Sənətkarlar və onların şəxsi psixoloji xüsusiyyətləri” adlı tezis ilə çıxış etdi. Tədqiqatda incəsənət, incəsənət xadimlərinin şəxsi keyfiyyətləri, incəsənətin şəxsiyyətə və şəxsi keyfiyyətlərin də incəsənət əsərlərində əks olunmasına dair verilən milli nümunələr konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.
Qeyd edək ki, mayın 11-dən 13-dək Türkiyənin Çanakkale şəhərində Rating Academia və Kəpəz Bələdiyyəsi tərəfindən Beynəlxalq “Elm, Mədəniyyət və Gözəli Axtarış” adlı konfrans keçirilirdi.
Sonda məruzəçi Mələk Kərimovaya sertifikat verildi.