Xəzər Universitetinin Kimya mühəndisliyi departamentinin koordinatoru Dr. Rasoul Muradinin nanotexnologiya ilə bağlı son araşdırmasının nəticələri “Elsevier” nəşriyyat evinin “Molecular Liquids” (“Molekulyar mayelər”) jurnalında çap olunmuşdur. Məqalədə nanomeyenin termal xüsusiyyətləri araşdırılır. Nanotexnologiyanın ən müasir sahələrindən olan nanomayeni hazırlamaq üçün karbon nanoborular və sudan istifadə olunur. Karbon nanoborular/ su nanomayesi haqqında daha çox məlumat əldə etmək üçün çoxsaylı araşdırmalar aparılmışdır. Nanaomaye istilik dəyişdiricilərin, eləcə də, müxtəlif soyuducu cihazlarda hərəkət edən mayenin istilikötürmə effektivliyini artırmaq üçün istifadə oluna bilər.
Qeyd edək ki, kimya mühəndisliyi üzrə fəlsəfə doktoru Rasoul Mouradi 2016-ci ilin sentyabrından Xəzər Universitetində fəaliyyət göstərir və bu, onun Xəzər Universitetinin adından çap olunan üçüncü məqaləsidir.
Məqaləni aşağıdakı link vasitəsilə oxumaq olar:
http://www.sciencedirect.com/science/article/pii/S0167732217304774.