2017-cı il mayın 15-də Xəzər Universitetində “Ünsiyyət bacarıqları” adlı seminar təşkil olundu. Universitetin tələbələri və əməkdaşları üçün nəzərdə tutulmuş tədbir kommunikasiya və auditoriya qarşısında çıxışlar üzrə aparıcı ekspert Coşqun Kərimov tərəfindən keçirildi. Təqdimat qarşılıqlı diskussiya şəklində keçdi, tələbələr tərəfindən maraqla qarşılandı.
Tədbir Siyasi elm və beynəlxalq münasibətlər departamenti tərəfindən təşkil olunan 10 həftəlik Məşğulluq və İşgüzar Bacarıqlar Proqramı çərçivəsində baş tutdu.