2017-ci il mayın 11-i və 12-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dillər Universitetinin birgə əməkdaşlığı ilə Azərbaycan Dillər Universitetinin yaranmasının 80 illiyinə həsr edilmiş “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda keçirilən Respublika elmi-praktiki konfransında Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin müəllimləri İrina Orucova, Elmira Əliyeva, Zamirə Qurbanova (doktorant), Gülnaz Novruzzadə (doktorant), həmin departamentin minor proqramlar üzrə koordinatoru Milana Abbasova (doktorant) və Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi Validə Kərimova (doktorant) konfransda iştirak etdilər. İrina Orucova “Обучение стилистическому приему сравнение на уроках художественного перевода (на материале рассказов Э.Хемингуэя)”, Elmira Əliyeva “Дискурс и коммуникативная компетенция”, Gülnaz Novruzzadə “Azərbaycan və ingilis dillərində inkarlıq kateqoriyası”, Milana Abbasova “Sosial şəbəkələrin tələbələrin ingiliscəsinə təsiri”, Validə Kərimova isə “Analyzing the features of Publicist style. Political metaphor in the media” adlı tezisləri ilə uğurlu məruzə etdilər.
Konfransda əsas olaraq xarici dillərin öyrənilməsi, tədrisi və metodikasında yaranan problemlər müzakirə edildi, ingilis dilinin tədqiqində İKT-dən istifadə məsələləri, dil öyrənmə prosesində anlam konsepsiyası və bu kimi başqa məsələlər geniş müzakirə edildi. Konfransda, həmçinin, ADU-nun rektor vəzifəsini icra edən professor Əfqan Abdullayev, ADU-nun ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli də öz məruzələri ilə çıxış etdilər.
Sonda iştirakçılara sertifikat və məruzələrin çap edildiyi kitab verildi.