2017-ci il mayın 11-də Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasovun təşkilatçılığı ilə coğrafiya ixtisasının tələbələri və tədqiqatçılar üçün “The changing of land use for using GİS” mövzusunda mühazirə/ seminar keçirildi. Mühazirəni Türkiyənin Kastamonu Universitetinin Mühəndislik və memarlıq fakültəsinin müəllimi, landşaft memarlıq departamentinin müdiri Dr. Mehmet Çetin aparırdı. GİS haqqında olan seminar mövzusu hazırda coğrafiyaçıların marağında olduğu və önəmli bir mövzudur. Xəzər Universitetində baş tutmuş seminarda BDU-nun coğrafiya ixtisasının magistratura və İqtisad Universitetinin MBA üzrə magistratura tələbələri də iştirak edirdilər.
Seminarın sonunda Dr. Mehmet Çetin tələbələr və tədqiqatçıların suallarını cavablandırdı.
Sonda Coğrafiya və ətraf mühit departamentinin əməkdaşı Günay Kərimova qonağa Xəzər Universiteti adından hədiyyə təqdim etdi.