2017-ci il mayın 4-də Xəzər Universiteti Tələbə Məclisinin tanınmış şəxlərlə görüş planı çərçivəsində tanınmış video blogger, aktyor Hüseyn Əzizoğlu ilə görüş keçirildi. Aktyor öz karyerasına necə başladığını, uğur qazanmağın yollarını və öz uğur hekayəsini tələbələrə çatdırdı.
Görüşdə 100-dən çox tələbə iştirak edirdi. H.Əzizoğlu tələbələrin suallarını cavablandırdı.