2017-ci il mayın 4-də Xəzər Universitetinin İnşaat mühəndisliyi departamenti ilə “Norm” sement zavodu arasında əldə olunmuş razılaşmaya görə, inşaat mühəndisliyi və kimya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr departamentin əməkdaşı Rasim Bayramlının rəhbərliyi ilə bir günlük “Norm” sement zavodunda oldular. Tələbələr zavodda aparıcı mütəxəssislərin mühazirələrinə qulaq asdılar və zavodda istehsal prosesleri ilə ətraflı tanış oldular. İstehsal prosesində sement istehsalında istifadə olunan xammal və materiallar, onların tərkibinin seçilməsi, xammalın sobalarda bişirilmə prosesi, klinkerin üyüdülməsi və s. hər bir istehsal prosesi ilə ətraflı tanış oldular. Bundan başqa, tələbələr Avropa standartlarına uyğun fəaliyət göstərən beton və sement laboratoriyalarında aparılan fiziki-kimyəvi və fiziki-mexaniki sınaqlarla da tanış oldular.
Görüşün hər iki tərəf üçün səmərəli olduğdunu nəzərə alaraq, gələcəkdə də əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olundu.