2017-ci il aprelin 24-dən 29-dək Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi Anar Eyyubov Erasmus+ proqramı çərçivəsində Türkiyənin nüfuzlu və tələbə sayına görə öndə olanlardan (34 min əyani və 1 milyona yaxın distant tələbə və magistr) Anadolu Universitetində təcrübə mübadiləsi apardımışdır. Belə ki, A.Eyyubov beynəlxalq münaqişələrin psixoloji aspektlərinə dair magistrlər və “Beynəlxalq münasibətlər” üzrə yerli həmkarları qarşısında seminarlarla çıxış etmişdir. O, dərslərini praktiki misallarla, Türkiyə və Azərbaycan təcrübələrini müqayisə etməklə keçirmiş, tələbələrlə fəal interaktiv ünsiyyət qurmağa nail olmuşdur.