2017-ci il aprelin 27-də Azərbaycan Dövlət Musiqili Teatrında “Tələbə baharı” X Ümumrespublika Tələbə Yaradıcılığı Festivalının yekun – Qala konserti keçirildi. Konsertdə Xəzər Universitetinin rəqs kollektivi də iştirak etdirdi.
Xəzər Universitetinin rəqs kollektivi müasir rəqslər nominasiyasında 1-ci yeri, milli rəqslər nominasiyasında isə 2-ci yeri tutdu.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Direktorlar və Qəyyumlar Şurası sədrinin müşaviri, “Dünya” məktəbinin təsisçisi Nailə xanım İsayeva da iştirak edirdilər.