Xəzər Universitetinin əməkdaşı Elza İsmayılovanın “Koroğlu” dastanında məkan (Azərbaycan və Türkiyə variantları əsasında)” adlı məqaləsi AMEA Folklor İnstitutunun “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalında çap edilmişdir. Məqalədə “Koroğlu” dastanında adı çəkilən yer adları, toponimlər müqayisəli şəkildə araşdırılır. Müəllif dastanın həm Türkiyə, həm də Azərbaycan variantlarındakı yer adlarının, xüsusilə Çənlibelin (Çamlıbelin) hazırkı coğrafi məkanı müəyyənləşdirilməyə çalışır.