2017-ci il, aprelin 27-də Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, Jan Monne Kürsüsü mükafatı laureatı, Siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə “ Qafqazda Avropalaşma problemləri və imkanları” adlı beynəlxalq konfransda iştirak etdi. Dr. Muxtar Hacızadə təhlükəsizlik, institusionalizasiya və tərəfdaşların rolundan bəhs edərək Aİ və daha geniş Qara dəniz qonşuluğu ilə bağlı mühazirə ilə çıxış etdi. Konfrans 2017-ci il, aprelin 27 və 28-də İstanbulda Yeditəpə Universitetində baş tutmuşdur.