2017-ci il mayın 2-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi Xəzər Universitetini ziyarət etdi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Mədəniyyət Mərkəzinin sədrini səmimi salamladı. Ona Xəzər Universiteti haqqında və İran Mədəniyyət Mərkəzi ilə birgə görülən işlər haqqında məlumat verdi. Ə.Farsi gələcəkdə Mədəniyyət Mərkəzi ilə birgə maraqlı mədəni tədbirlərin keçirilməsi üçün Xəzər Universitetindən köməklik göstərilməsini xahiş etdi.
Xatirə şəkilləri çəkildi.