2017-ci il mayın 2-də Türkiyənin İğdır Universitetinin rektoru professor Mehmet Hakkı Alma və həmin universitetin dosenti Şahin Əhmətoğlu Xəzər Universitetini ziyarət etdilər. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı qonaqları səmimi salamlayaraq, onlara universitet haqqında geniş məlumat verdi. Professor İsaxanlı və İğdır Universitəsinin rektoru professor Mehmet Hakkı Alma arasında hərtərəfli əməkdaşlıq və Mevlana Proqramı çərçivəsində müqavilələr imzalandı. Qonaqlar Xəzər Universitetinin laboratoriyaları ilə tanış oldular, xalçaçılıq və zərgərlik proqramları üzrə dərs alan tələbələrlə görüşdülər. Görüşdə İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli iştirak etdi.
Xatirə şəkilləri çəkildi.