Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin müəllimi doktorant İlham Tağıyevin “Qrays Maksimlərinin pozulması və ingilis linqvistik yumorunda ikimənalılıq” başlıqlı məqaləsi beynəlxalq jurnalın (İJASOS) 7-ci sayında çap olunmuşdur. Məqalə müəllifin yumorun tədqiqinə Amerika filosofu Paul Qraysın təklif etmiş olduğu kooperativ prinsiplər nöqteyi-nəzərindən yanaşması ilə maraq doğurur.