2017-ci il aprelin 25-də “Əcnəbi Tələbə və Gənclərin Fikir Platformu”nun yekun mərhələsi keçirildi. Doqquz universitetdən müxtəlif xarici ölkələri təmsil edən əcnəbi tələbələr ən yaxşı natiq və aparıcı adı uğrunda mübarizə aparırdı.
Polşadan olan beynəlxalq mübadilə tələbəsi Maykl Horbaczevski Xəzər Universitetini yarışda təmsil edirdi. Maykl Kozminski Universitetinin bakalavr tələbəsidir və hazırda Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsində Erasmus+ mübadilə proqramı çərçivəsində bir semestrlik təhsil alır.
Sahibkarlıq mövzusunda təqdimatla çıxış edən Maykla iştirakçı serifikatı təqdim edildi. Tədbirdə ilk üç yerin sahibi nigeriyalı tələbələr oldular.
Bakı Beynəlxalq Tələbə Klubunun təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və ADA Universitetinin Magistr Tələbə Hökumətinin texniki dəstəyi ilə təşkil edilən “Əcnəbi Tələbə və Gənclərin Fikir Platforması” müsabiqəsi Bakıda təhsil alan əcnəbi tələbələrin onları maraqlandıran məsələlər və öz fikirlərilə bölüşmələri üçün platformanın yaradılması məqsədilə təşkil olunmuşdur.