Aprelin 28-də Xəzər Universitetində Açıq qapı günü keçirildi. Bakının 242, 61, 64, 72, 11 və sair məktəblərinin XI sinif şagirdləri universitetin Mərmər zalına toplaşmışdılar. Zalda ixtisaslar və universitetdə fəaliyyət göstərən mərkəzlər (xarici əlaqələr, karyera, psixologiya, kitabxana- informasiya və sair) üzrə masalar qurulmuşdu.
Tədbiri universitetin rektoru Hassan Niknafs açaraq, şagirdlərə universitet haqqına ətraflı məlumat verdi. Universitetin müəllimi professor Fuat Rəsulov və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəylinin idarə etdikləri görüşdə sonra şagirdlər ixtisas və mərkəz masaları ətrafında əməkdaşlar tərəfindən geniş məlumatlandırıldılar və onların sualları cavablandırıldı.
Şagirdlər Xəzər Universiteti haqqında videokliplərə baxdılar və onlara bukletlər paylanıldı. Mərmər zalda universitetin dövlət sektorunda və özəl qurumlarda yüksək vəzifələr tutan məzunları haqqında nümayiş etdirilən stend şagirdlərdə böyük maraq doğurdu.
Mərmər zalda tədbir başa çatandan sonra şagirdlər universitetlə tanış oldular. Elektronika, inşaat mühəndisliyi, biologiya, kompüter və sair laboratoriyalarda, Kitabxana - İnformasiya Mərkəzində şagirdlərə məlumat verildi və sualları cavablandırıldı.
Məktəblilər Xəzər Universitetindən xoş təəssüratla ayrıldılar.