Tədbirdə Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək, festivalın hər il yeni istedadlar üzə çıxarması etibarilə böyük əhəmiyyətindən danışdı, iştirakçılara və münsiflər heyətinə təşəkkürünü bildirdi.
Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin rəhbərliyi ilə universitetin musiqi kollektivləri artıq 10 - cü dəfə keçirilən festivalda daim iştirak etmiş və həmişə qaliblər sırasında olmuşdur. Builki festivalda da universitetin qızlardan ibarət rəqs qrupu (müəllim Səbinə İsmayılova) “Müasiir rəqslər” nominasiyasında birinci yerə, oğlanlardan ibarət rəqs qrupu (müəllim əməkdar artist Telman Əliyev) isə “Milli rəqslər” nominasiyasında ikinci yerə layiq görüldülər. Qaliblərə diplomlar təqdim olundu.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Direktorlar və Qəyyumlar Şurası sədrinin müşaviri, “Dünya” məktəbinin təsisçisi Nailə xanım İsayeva da iştirak edirdilər.
Tədbir ölkə mediasında işıqlandırılmışdır.