2017-ci il aprelin 16-da Azərbaycan Dövlət İqtisad Universitetində respublikanın ali məktəblərinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş vergi olimpiadasının birinci mərhələsi keçirildi.
Olimpiadada Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin tələbəsi Fazil Faiq oğlu Müzəffərov iştirak edərək, yaxşı nəticə göstərdi və final mərhələsində iştirak hüququ qazandı.