2017-ci il aprelin 23-də Xəzər Universitetinin təsisçisi, Direktorlar Və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Elm üçbucağı” verlişinin növbəti buraxılışı İctimai TV-də yayımlandı. Verilişin budəfəki buraxılışı “Elmin inkişafında müxtəlif təşkilatların rolu” (Tarix boyu və yaxın zamanlarda) mövzusuna həsr olunmuşdu. Verilişdə Xəzər Universitetinin müəllim və peşəkar heyəti qonaq kimi iştirak edirdi.