2017-ci il aprelin 24-də Türkiyə Marmara Grubu Vakfının Baş Direktoru Pr.Dr. Akkan Süver Xəzər Universitetinin qonağı oldu. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Marmara Vakfının Baş Direktoru Akkan Süveri səmimi salamlayaraq, ona universitet haqqında geniş məlumat verdi. A.Süver Xəzər Universitetində olmaqdan məmnunluq duyduğunu bildirdi. H.İsaxanlı qonağa universitetin tarixindən bəhs edən “Xəzərin sorağında” kitabını hədiyyə etdi. Tərəflər Azərbaycan və Türkiyə arasında siyasi və mədəni əlaqələr tarixi və qarşılıqlı maraq kəsb edən digər məsələlər haqqında müzakirə apardılar.
Görüşdə sədrin müşaviri, “Dünya” məktəbinin təsisçisi Nailəxanım İsayeva, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli də iştirak etdilər.
Xatirə şəkilləri çəkildi.