Ankarada çıxan “Anadolu” qəzetinin 24 aprel 2017-ci il tarixli nömrəsində qəzetin köşə yazarı, eyni zamanda Azərbaycan “Respublika” qəzetinin Türkiyə təmsilçisi, Azərbaycanın Əməkdar incəsənət xadimi, Prof. Dr. Əflatun Nemətzadənin TÜRKSOY´un (Beynəlxalq Türk Mədəniyyət Təşkilatı) Baş katibi Düsen Kaseinovun 70 illik yubileyi münasibətilə Azərbaycan Atatürk Mərkəzində keçirilmiş tədbir haqqında “Düsen Ağa´ya Bakü´de 70. Yılı yubilesi” adlı geniş məqaləsi dərc olunmuşdur.
Məqalədə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının həmin tədbirdə iştirakı və çıxış etməsi, həmçinin ona Düsen Kaseinov tərəfindən “Azerbaycan, Kazakıstan, Kırgızıstan, Özbekistan Cumhuriyetlerinin ve Türkmenistan’ın bağımsızlıklarının 25. Yılı anısına” medalının təqdim olunması haqqında da yazılmışdır.
Məqaləni aşağıdakı link vasitəsilə oxumaq olar:
http://www.anadolugazete.com.tr/dusen-agaya-bakude-70-yili-jubilesi-415yy.htm