2017-ci il aprelin 10-dan 13-dək Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi t.ü.f.d. Ziyad Əmrahov Ankarada Türkiyə Cümhuriyyəti Başbakanlık Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Qazi Universitetinin birgə təşkil etdiyi professor Xəlil İnalcığın xatirəsinə həsr olunmuş “Tarix və tarixşünaslıq” adlı beynəlxalq simpoziumda “Tarixi araşdırma metodları və növləri” mövzusunda məruzə etdi.
Z.Əmrahov məruzəsinin sonunda tarixi tədqiqat mərhələlərinin əslində bir-biri ilə sıx bağlılığını və tarixçinin tədqiqat praktikasını əks etdirdiyini qeyd etdi və simpozium iştirakçılarının bununla bağlı suallarını cavablandırdı.