2019-cu il aprelin 18-i və 19-da Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov və həmin departamentin müəllimi Rövşən Kərimov Malaziyanın Kajang şəhərində keçirilən XI Kooperativ Yaşıl İnkişaf Modelləşmə Forumunda (11th Cooperative Green Growth Modeling Forum) iştirak etdilər. Forumda Rövşən Abbasov istixana qazlarının azalması məqsədi ilə “Bakı şəhərində nəqliyyatın optimallaşdırılması” tədqiqatının nəticəsi ilə bağlı təqdimat etdi.