2017-ci il aprelin 17-si və 18-də Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi professor Habil Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti və Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumunda “Polşanın Cənubi Qafqaz siyasəti” mövzusunda məruzə ilə çıxış etdi və XII Bölmənin iclasına sədrlik etdi.