2017-ci il aprelin 15-də Xəzər Universitetinin İnkişaf Mərkəsinin və EstoniyanınOÜ Lingatoretəşkilatının birgə əməkdaşlığı ilə məşhur “English Language Portfolio” proqramı əsasında “Xarici dil dərslərində interaktiv təlim metodları” adlı iki günlük seminar başa çatdı.
Qeyd edak ki, seminar ali və orta məktəblərdə dərs deyən ingilis dili müəllimləri və xarici dil dərslərinin tədrisi ilə maraqlanan digər şəxslər üçün təşkil olunmuşdu. Seminarda praktik nümunələr və rollu oyunlar əsasında müəllimlərə konkret, praktik fəal tədris metodlarının tətbiq edilməsi yolları, müxtəlif mövzulara və həmçinin, yaş həddinə uyğunlaşdırılmış fəal tədris metodları və digər metodlar öyrədildi. Həmçinin, filmlərdən dərs prosesində istifadənin əhəmiyyəti və yolları göstərildi.
Seminarda Xəzər Universitetinin, digər universitetlərin və liseylərin ingilis dili müəllimləri iştirak etmiş və seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olundu. Həmçinin, Xəzər Universiteti tərəfindən estoniyalı təlimçilərə hədiyyələr verildi və qonaqlar Xəzər Universitetinin “Dünya” konsert salonunda xalq artisti, professor, tarzən “Ramiz Quliyev ilə üz-üzə” adlı görüş-konsertində iştirak etdilər.