2017-ci il aprelin 14-də dünyanın aparıcı informasiya agentliyi “Thomson Reuters”-in “Web of Science” platformasının Azərbaycanda ali təhsil müəssisələri üçün hazırlanan layihənin növbəti tədbiri AzərbaycanDövlət Neft və Sənaye Universitetində baş tutdu.
İki hissədən ibarət olan tədbirdə əvvəlcə “Thomson Reuters” Agentliyi Elm və təhsil departamentinin əməkdaşı Aygün Babazadə təmsil etdiyi agentlik və həmin qurumda yer alan elmi jurnallar haqqında ətraflı məlumat verdi. Tədbirin ikinci hissəsində Xəzər Universitetinin “Xəzər Humanitar və Sosial Elmlər” beynəlxalq elmi jurnalının redaktor müavini Xəyalə Məmmədova elmi jurnalın idarə edilməsi prinsipləri, “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, orada çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırdı. X.Məmmədova tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı.
Layihəyə daxil olan bu cür silsilə tədbirlər Azərbaycanın digər ali təhsil müəssisələrində də davam edəcəkdir.
Qeyd edək ki, layihənin məqsədi “Thomson Reuters”-ə geniş çıxışı əldə etməklə, Azərbaycanda elmin inkişafını dünya səviyyəsində aparmaq, beynəlxalq əməkdaşlığı daha da inkişaf etdirərək, azərbaycanlı alimlərin elmi əsərlərinin istinad indeksli jurnallarda nəşrlərinin sayını artırmasına töhfə verməkdir.