Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi Validə Kərimovanın (doktorant) “Развитие иностранных языков как способ общественной дипломатии” adlı elmi məqaləsi Rusiyanın Tatarıstan vilayətinin Kazan şəhərində “Общество с ограниченной ответственностью Издательство”nəşriyyat evinin “Молодой ученый” adlı elmi jurnalın 14-cü sayında çap edilmişdir.
Çap edilmiş elmi tədqiqat işində müasir dövrdə xarici dillərin ünsiyyəti vasitəsi olmasından, dil və ünsiyyətdən, həmçinin dilin ünsiyyət vasitəsi olmasına aid sullara verilmiş geniş cavablardan və müasir dövrdə xarici dillərin hansı məqsədlə istifadə edilməsindən əhatəli bəhs edilmişdir.
Məqalə ilə bu link vasitəsilə tanış olmaq olar: https://moluch.ru/archive/148/41511/.