2017-ci il, aprelin 6-da Azərbaycan Yazıçılar İttifaqında Argentiniya yazıçısı və “La Nación”-ın daimi üzvü Silviya Zimmerman del Kastillo ilə görüş keçirildi. Görüşdə Latın Amerikası ölkəkərinin Azərbaycandakı səfiri, Azərbaycan yazıçıları və incəsənət adamları iştirak etdi. Görüşdə həmçinin, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Professor Hamlet İsaxanlı da iştirak edib.
Silvia Zimmerman del Castillo Argentina yazıçısı Xorxe Luis Borxesin bədii yaradıcılığı haqqında danışıb. Professor H. İsaxanlı Borxesin əsərlərinin bəzi aspektlərindən - əsərlərindəki Sufi mövzusundan, Averroes (İbn Ruşd) haqqındakı hekayəsindən və hekayənin psixoloji və fəlsəfi xüsusiyyətlərindən bəhs etdi.