2017-ci il aprelin 3-də Xəzər Universitində “Fireworks” İnsan Resursları Şirkəti tərəfindən Siyasi elm və beynəlxaq münasibətlər departamentinin tələbələri üçün peşəkar rezyume hazırlamağın və iş müsahibəsindən uğurla keçməyin yolları haqqında təlim keçirildi. Təlimdə tələbələrin CV-lərinə fərdi şəkildə rəy bildirən “Fireworks” əməkdaşları, həmçinin onlara iş müsahibəsi zamanı davranış qaydaları haqqında da məlumat verdilər.
Qeyd edək ki, təlim 2017-ci il fevralın 27-dən etibarən departament tərəfindən davam etdirilən İşgüzarlıq və Peşəkar Bacarıqların inkişafı üçün Təlim Proqramının tərkib hissəsi olaraq baş tutmuşdur. Sözügedən təlim proqramının növbəti sessiyası ünsiyyət bacarıqları mövzusunda olacaq.